Tramp Rusiya Mərkəzi Bankının aktivlərinə qarşı sanksiyaları ləğv edə bilərbackend

Tramp Rusiya Mərkəzi Bankının aktivlərinə qarşı sanksiyaları ləğv edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya olan kreditə yenidən baxılması üçün Rusiya Mərkəzi Bankının aktivlərini donduran Rusiya əleyhinə sanksiyaları ləğv etməyə cəhd edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti məlumat yayıb.

“Tramp Rusiya Mərkəzi Bankının aktivlərini dondurulmuş saxlayan sanksiyaları ləğv etməklə krediti məhv etməyə cəhd edə bilər”, – nəşr yazır.

Nəşr xatırladır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası artıq Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən alınan faizlər hesabına ödəniləcək “kredit şəklində çox ehtiyac duyulan iqtisadi yardım” göstərərək Ukraynaya 20 milyard dollar köçürüb. 

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen bildirmişdi ki, ABŞ anti-Rusiya sanksiyalarını gücləndirməkdə davam etmək niyyətindədir.

Nazir əmin olduğunu bildirib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar, Ukrayna ordusuna hərbi yardım və qeyd olunan kreditin Ukraynaya ayrılması Kiyevin mövqeyini daha da gücləndirməlidir.