ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı İranın nüvə proqramını müzakirə etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
“Biz İranı və İranın nüvə silahı ilə bağlı qərar qəbul etmək üçün vaxtının tükəndiyini müzakirə etdik”, – Amerika lideri bildirib.
Tramp qeyd edib ki, bu məsələ ilə bağlı təcili qərar verilməlidir. Siyasətçinin sözlərinə görə, o, Rusiya Prezidenti ilə dialoqda İranın nüvə silahına sahib ola bilməyəcəyini vurğulayıb.