ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib ki, Rusiya tərəfi uzun müddət Ukraynanın NATO-ya üzv olmasının yolverilməz olduğunu söyləyib.
NOCOMMENT.az xəbər verir ki, görüşün canlı yayımını C-SPAN telekanalı aparır.
18 avqustda Ağ Evdə Tramp və Zelenski görüşür. Bu, onların fevral ayında baş vermiş Ağ Ev skandalından sonra ilk şəxsi danışıqlarıdır.