Tramp Rusiya və Ukrayna ilə danışıqlarda irəliləyiş olduğunu bildiribbackend

Tramp Rusiya və Ukrayna ilə danışıqlarda irəliləyiş olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında münaqişənin həllində böyük irəliləyiş əldə olunub.

NOCOMMENT.az xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.

“Rusiya və Ukrayna ilə bağlı böyük irəliləyiş əldə etdik, görək nə baş verir. Amma böyük irəliləyiş əldə olunub. Biz bu axmaq müharibəni dayandırmalıyıq”, – deyə o vurğulayıb.

“Reuters” Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rusiya Donald Tramp və Vladimir Putin arasında görüş üçün mümkün yerlər kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini nəzərdən keçirir.