Tramp Rusiyadan çox narazıdır – “Axios”backend

Tramp Rusiyadan çox narazıdır – “Axios”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Rusiyaya münasibətdə məyusluğu “yeni zirvələrə” çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” yazıb.

Nəşrin iddiasına görə, bu, oktyabrın 20-də ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Lavrov arasında telefon danışığından sonra baş verib.

Bu telefon danışığı heç bir irəliləyiş gətirmədi və rusların müharibəni bitirmək üçün razılığa gəlməyə hazır olmadıqları qənaətini yaratdı. Buna görə də Trampla Putin arasında görüş keçirməyin mənasının olmadığı fikri ilə nəticələndi.

“Axios” hesab edir ki, məhz bu qənaət ABŞ prezidentinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarı üçün əsas olub.

Xatirə SADİQ