ABŞ prezidenti Donald Tramp Rusiyanı Amerikanın hipersəs raketlərinin yaradılması layihəsini oğurlamaqda ittiham edib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“[Keçmiş ABŞ prezidenti Barak Obama] administrasiyası dövründə layihəni oğurladılar. Rusiya layihəni oğurladı, bizdən aldılar”, – Tramp bildirib.
Amerika lideri əlavə edib ki, ilkin olaraq hipersəs silahlarının yaradılması layihəsi ABŞ-a məxsus olub, bundan sonra “hansısa pis adam” rəsmləri Rusiyaya təhvil verib. Tramp əmin edib ki, o, yeni oxşar layihəyə icazə verib və bundan sonra Vaşinqton “səsdən fövqəl” raketə sahib olacaq.