Tramp Rusiyanı sanksiyalarla hədələdi, Zelenskini tənqid etdibackend

Tramp Rusiyanı sanksiyalarla hədələdi, Zelenskini tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin xüsusən son günlər Ukraynaya qarşı addımlarını tənqid edib və Moskvaya qarşı yeni sanksiyaların elan edilə biləcəyini açıqlayıb.

NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, D.Tramp bu barədə Nyu-Cersi hava limanında jurnalistlərlə söhbətində bildirib.

“Putinə nə olduğunu anlaya bilmirəm. Mən onu çoxdan tanıyıram. Biz həmişə onunla anlaşmışıq. Amma indi o, şəhərlərə raketlər atır, insanlar ölür, bu mənim xoşuma gəlmir”, – deyə D.Tramp vurğulayıb.

Birləşmiş Ştatların prezidenti Kremlə qarşı yeni sanksiyaların elan edilə biləcəyini də anons edib.

D.Tramp, eyni zamanda, Ukrayna prezidentinin siyasətini də tənqid edib.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatları daim ölkəsi üçün problemlərə səbəb olur”, – deyə D.Tramp vurğulayıb.\\Oxu.Az