ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya Ukraynadakı münaqişəyə son qoymaq istəyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
“The Wall Street Journal” yazıb ki, Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidenti Vladimir Putinin sülhə can atdığına inanaraq tutduğu mövqeyə oxşar mövqe tutur.
Bu həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Fox News-a deyib ki, Ukraynada sülh sazişinin açarı 5 ərazinin mülkiyyəti məsələsindədir, lakin o, bundan kənara çıxır. O, vəziyyəti “mürəkkəb” adlandıraraq, bunun kökündə Rusiya və Ukrayna arasında həll edilməli olan “real məsələlərdə” dayandığını deyib.
Trampın xüsusi nümayəndəsi konkret olaraq hansı əraziləri nəzərdə tutduğunu açıqlamayıb. Çox güman ki, söhbət Krım, DXR və LPR, eləcə də referendumlar nəticəsində Rusiya Federasiyasının tərkibinə daxil olmuş Zaporojjya və Xerson vilayətlərindən gedir.