ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı Vaşinqtonun Ukrayna münaqişəsinə görə Moskvaya qarşı yeni sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz artıq Rusiyaya qarşı sanksiyalar tətbiq etmişik. Yadınızdadırsa, “Şimal axını 2″-ni təqdim etmişdim. <…> Mən onu dayandırdım”, – Amerika lideri bildirib.
Daha sonra jurnalistlər Rusiya Federasiyasına qarşı mümkün yeni məhdudiyyətlər barədə bir daha soruşdular, lakin Tramp qaz kəməri haqqında danışmağa davam etdi, sələfi Co Baydeni tənqid etdi, sonra isə diqqətini növbəti müxbirə çevirdi.