Tramp seçildikdən sonra müharibəni dayandıracağını deyibbackend

Tramp seçildikdən sonra müharibəni dayandıracağını deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evə qayıdandan sonra Ukraynadakı müharibəni dayandıracağam. Lakin Kiyev və Moskva öz aralarında razılığa gəlməsinin ABŞ-a maddi ziyanı ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti və hazırkı prezidentliyə namizəd Donald Tramp Cənubi Karolina ştatında keçirilən mitinqdə deyib.

Kremlin Ukraynaya qarşı müharibəsi sona çatmalıdır. Lakin o, bir daha Kiyevə əlavə hərbi yardımın göstərilməsinə razı olmadığını bildirib.

Eyni zamanda, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini “tarixin ən görkəmli satıcısı” adlandırıb və Ukraynanın Rusiya ilə müqavilə bağlayacağı təqdirdə ABŞ-ın yüz milyardlarla dollar itirəcəyini vurğulayıb.

“O zaman onlar bizimlə daha iş görmək istəməyəcəklər”- deyə, Trapm fikrini əsaslandırıb.