Tramp: Si Cinpinlə danışıq “çox müsbət” keçdibackend

Tramp: Si Cinpinlə danışıq “çox müsbət” keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə “çox yaxşı” telefon danışığı apardığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, söhbət təxminən bir saat yarım davam edib və iki ölkə üçün “çox müsbət” nəticələrlə yekunlaşıb.

İyunun 5-i axşam saatlarında baş tutan danışıqlarda tərəflər əsasən ticarət məsələlərini müzakirə ediblər. Danışıq zamanı Ukrayna münaqişəsi və İranın nüvə proqramı gündəmdə olmayıb.

Telefon danışığı zamanı Si Cinpin Trampın Çinə mümkün yeni səfərini alqışlayacağını ifadə edib. Tramp isə öz növbəsində bu dəvətə görə səmimi minnətdarlığını bildirib.

Tərəflər, həmçinin, razılaşıblar ki, hər iki ğlkənin nümayəndə heyətləri Cenevrə konsensusunun icrasını davam etdirəcək və mümkün qədər tez yeni danışıqlar raundunu keçirəcəklər.