Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığında yalnız ticarət məsələləri müzakirə olunub.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
“Biz nə Rusiya/Ukrayna, nə də İranla bağlı heç bir məsələni müzakirə etməmişik”, – deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, danışıq təxminən bir saat yarım davam edib və “çox müsbət” keçib.