Tramp: Şimali və Cənubi Koreya arasında sammit ideyasını irəli sürdükbackend

Tramp: Şimali və Cənubi Koreya arasında sammit ideyasını irəli sürdük

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya lideri Li Çje Myonla görüşü zamanı Şimali və Cənubi Koreya arasında sammit ideyasını irəli sürüb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

“Biz hesab edirik ki, Şimal və Cənub istiqamətində bu məsələ ilə bağlı nələrsə edə bilərik. Mən düşünürəm ki, siz [Li Çje Myon] bu məsələyə, mənim işlədiyim digər Cənubi Koreya liderlərindən daha çox meyllisiniz. Və biz bunun üzərində işləyəcəyik”, – Tramp bildirib.

Qeyd edək ki, Cənubi Koreya və ABŞ prezidentlərinin görüşü Vaşinqtonda keçirilir. Bu, Li Çje Myonun iyunun əvvəlində vəzifəyə başlamasından sonra ABŞ-a ilk səfəridir.