ABŞ prezidenti Donald Tramp Misirdə keçirilən sammit zamanı Macarıstanın baş naziri Viktor Orbanı tərifləyib və onun 2026-cı ildə keçiriləcək parlament seçkilərində qalib gələcəyini proqnozlaşdırıb.
NOCOMMENT.az xəbər verir ki, Trampın çıxışı Ağ Evin rəsmi YouTube kanalı vasitəsilə yayımlanıb.
Prezidentin sözlərinə görə, o, Orbanı son seçkilərdə dəstəkləyib və Orban həmin seçkilərdə 28 faiz fərqlə qalib gəlib. “Sən fantastiksən. Bu dəfə də yeni seçkilər olarsa, daha böyük uğur qazanacaqsan,” – deyə Tramp Orbana müraciət edərkən bildirib.