Tramp sülh mükafatı ala bilməməsindən danışdı: 8 ayda 8 müharibə…backend

Tramp sülh mükafatı ala bilməməsindən danışdı: 8 ayda 8 müharibə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə Nobel Sülh Mükafatını alacağına ümid etdiyini bildirib. 

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Heç bir Amerika prezidentinin hər hansı müharibəni dayandırdığını görmədim. Səkkiz ayda səkkiz müharibəni dayandırdım. Nobel mükafatı aldımmı? Xeyr”, – o, ifadə edib.

Həmçinin Tramp əlavə edib ki, gələn il hər şey daha yaxşı ola və mükafatı qazana bilər.

Xatırladaq ki, Norveç Nobel Komitəsi 2025-ci il üçün Nobel Sülh Mükafatını Venesuela müxalifətinin tanınmış simalarından olan Mariya Korina Maçadoya təqdim edib. O, bu mükafata “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə” layiq görülüb.