ABŞ prezidenti Donald Tramp ABŞ-da süni intellekt (AI) infrastrukturunun gücləndirilməsinə yönəlmiş böyük özəl sektor investisiyasını elan etməyə hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, “CBS News”un əldə etdiyi məlumata görə, prezident Donald Tramp süni intellekt sahəsində əvvəlcə 100, daha sonra 500 milyard dollarlıq layihə elan edib.
“Stargate” adlanan layihə “OpenAI”, “SoftBank” və “Oracle”ın iştirak etdiyi birgə müəssisədir.
Layihə Texasda ən müasir məlumat mərkəzinin tikintisi ilə başlayacaq və gələcəkdə digər ştatlara da genişlənmə planları var. Təşəbbüsdə digər investorların da iştirakı gözlənilsə də, bu investorların kimliyi hələ açıqlanmayıb.
Lyihə “Amazon”, “Google” və “Meta” kimi böyük texnologiya şirkətlərini təmsil edən “NetChoice” ticarət təşkilatından dəstək alıb. Qrup Trump-ın enerji istehsalı və süni intellekt idarəetməsi ilə bağlı Bayden dövründəki qaydaları geri qaytarmasını təqdir edib və bu addımları “AI” innovasiyalarında ABŞ liderliyini təmin etmək üçün “kritik” adlandırıb.\\Valyuta.az