Tramp: Suriyaya qarşı sanksiyalar Ərdoğanın və Körfəz ölkələrinin xahişi ilə götürüldübackend

Tramp: Suriyaya qarşı sanksiyalar Ərdoğanın və Körfəz ölkələrinin xahişi ilə götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü “möhtəşəm” keçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Tramp qərb qanadını tərk etdikdən sonra jurnalistlərə görüşün “möhtəşəm” keçdiyini söyləyib. İki ölkə liderlərinin görüşü bir az artıq iki saat davam edib.

Tramp Ərdoğanı “qətiyyətli” və “son dərəcə özünə güvənən” adlandırıb. O vurğulayıb ki, belə tip insanları sevməsə də, Ərdoğana simpatiyası var.

Bundan əlavə, Tramp görüş zamanı bildirib ki, Suriyaya qarşı sanksiyaları Ərdoğanın, həmçinin Səudiyyə Ərəbistanı və Qatardakı rəsmilərin xahişi ilə götürüb ki, “ölkəyə nəfəs almaq imkanı verilsin”.