Ağ Evin yeni seçilmiş rəhbəri Donald Tramp televiziya prodüseri Mark Burnetti Böyük Britaniyaya səfir təyin edəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Truth” sosial şəbəkəsində yazıb
“Mark Burnetti Böyük Britaniyaya xüsusi səfir təyin etmək böyük şərəfdir”, – deyə o vurğulayıb.
Agentliyin məlumatına görə, Burnett əvvəllər Trampın aparıcı kimi çıxış etdiyi “The Apprentice” layihəsində çalışıb və daha sonra 2016-cı il seçkilərində qalib gəlməsinin səbəbi kimi layihədə iştirakını izah edib.