Tramp “The Wall Street Journal”ı yalan informasiyada ittiham edibbackend

Tramp “The Wall Street Journal”ı yalan informasiyada ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal”ın maliyyə naziri Skott Bessentin onu Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli işdən çıxarmamağa inandırmağa çalışması ilə bağlı xəbəri təkzib edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri “Truth” sosial şəbəkəsində yazıb.

“The Wall Street Journal”ın dərc etdiyi yalançı məqalədə deyilir ki, Scott Bessent guya mənə Cerom Pauelin işdən çıxarılmasının bazar üçün pis olacağını deyib. Heç kim mənə bunu izah etməyib”, – Tramp qeyd edib.

O vurğulayıb ki, ABŞ üçün nəyin faydalı olduğunu hamıdan yaxşı bilir və onun iştirakı olmadan Amerika bazarı çökə bilərdi.