Tramp Tom Henksə veriləcək mükafatın ləğvini alqışladıbackend

Tramp Tom Henksə veriləcək mükafatın ləğvini alqışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Akademiyasının (Vest-Poynt) Hollivud aktyoru Tom Henks üçün nəzərdə tutulan mükafatlandırma mərasimini ləğv etməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı aktyoru “ultrasolçu və dağıdıcı” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tramp Truth Social hesabında yazıb.

Onun sözlərinə görə, “böyük” Vest-Poynt mərasimi ustalıqla ləğv edib və bu, “önəmli addımdır”.

“Ümid edək ki, “Oskar” və digər saxta mükafatlar da ədalət və hüquq naminə öz standart və təcrübələrinə yenidən baxacaqlar”, – Tramp qeyd edib.