ABŞ prezidenti Donald Tramp Ukraynadakı silahlı münaqişəyə biznes kimi yanaşır.
NOCOMMENT.az xəbər verir ki, bunu “Vzqlyad” qəzetinə müsahibəsində alman politoloqu Aleksandr Rar deyib.
O, əmin olduğunu bildirib ki, Amerika hakimiyyəti artıq Kiyevin qalib gəlmək qabiliyyətinə inanmır. Eyni zamanda, ekspertin fikrincə, Vaşinqton Ukrayna rəhbərliyinə və ordusuna dəstək verməklə müəyyən maddi fayda əldə etməyə çalışır.
“Tramp üçün müharibə biznesdir”, – deyə o vurğulayıb.