Tramp üçün pis xəbər – Məhkəmə qərarını açıqladıbackend

Tramp üçün pis xəbər – Məhkəmə qərarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ Federal Apellyasiya Məhkəməsindən bəd xəbər alıb .

NOCOMMENT.az xəbər verir ki, Kolumbiya Dairə Apellyasiya Məhkəməsi yekdilliklə qərar verib ki, Trampın toxunulmazlığı yoxdur və 2020-ci il seçkilərini ləğv etmək üçün sui-qəsd ittihamı ilə məhkəməyə verilə bilər.

Məhkəmə, keçmiş prezident Trampın sözügedən iş ilə bağlı olaraq artıq vətəndaş Tramp olduğunu ifadə edərək qeyd edib ki,  prezident vəzifəsində olarkən onu qorumuş ola biləcək hər hansı toxunulmazlıq artıq onu bu təqibdən qorumur.

Trampın Kolumbiya Dairə Apellyasiya Məhkəməsinin qərarından ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti verəcəyi gözlənilir.