Tramp: Üçüncü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdıbackend

Tramp: Üçüncü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsinin ildönümü çərçivəsində Tramp rəsmi səhifəsində “Prezident Tramp sonsuz müharibələrin dalınca gedən müharibə qızışdırıcılarını və qlobalistləri atəşə tutacaq” başlıqlı video yayımlayıb.

NOCOMMENT.az xəbər verir ki, Tramp “nəsillər boyunca müharibəyə başlamamış yeganə prezident” olduğunu bildirib və Vaşinqtondakı bürokratların məsləhətlərini rədd edərək münaqişələrdən qaçdığını qeyd edib.

“3-cü Dünya Müharibəsi heç vaxt bu qədər yaxın olmamışdı” deyən Tramp “Mən sizin prezidentiniz olsaydım, bu heç vaxt baş verməzdi” deyərək açıqlama verib.

2024-cü il prezident seçkilərinə namizəd olan Tramp səlahiyyət müddətində bu qaydaların dəyişəcəyini vurğulayıb.

“Doğru rəhbərliklə biz Ukrayna müharibəsini 24 saata bitirə bilərik” deyən Tramp ABŞ-ın maraqlarını hər şeydən üstün tutan məmurları təyin edəcəyini bildirib.

NOCOMMENT.AZ