Mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı nəticəsində Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş əldə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Rusiya liderinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, Rusiya və ABŞ prezidentləri telefon danışığını bitirmək istəməyiblər.
Onun sözlərinə görə, bu, “səmimi, etibarlı” söhbət olub və bu söhbət zamanı iki ölkənin başçıları bir-birinin adını çəkiblər.
Kreml sözçüsü həmçinin qeyd edib ki, Putin və Tramp söhbətin əsas mövzularından çoxlu kənara çıxıblar.