Tramp Ukrayna hücumlarına reaksiya verilməməsi üçün Putinə müraciət edibbackend

Tramp Ukrayna hücumlarına reaksiya verilməməsi üçün Putinə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Rusiya prezidenti Vladimir Putini Ukrayna qüvvələrinin Rusiya aerodromlarına son zərbələrinə görə cavab tədbirləri görməkdən çəkinməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Trampın sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı açıq şəkildə bildirib ki, Moskvanın Ukrayna qüvvələrinin Rusiya aerodromlarını atəşə tutmasına cavab verməkdən başqa yolu yoxdur.

Bundan bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı Vladimir Putinin ABŞ prezidentinə Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin hücumlarına reaksiyası barədə məlumat verdiyini təsdiqləyib. Peskov əlavə edib ki, cavabın nə vaxt və nə olacağı Rusiya ordusunun qərarından asılıdır.