Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə razılaşmaq istəyir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sosial mediadakı paylaşımında yazıb.
ABŞ-ın yeni seçilmiş prezidenti ölkələri dərhal atəşkəs və danışıqlara çağırıb. Trampın bəyanatı dünən Parisdə Zelenski və Makronla görüşündən sonra verilib.