ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin həllinin onun düşündüyündən daha mürəkkəb olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tramp bu yaxınlarda Rusiyanın davam edən hərbi əməliyyatlarından məyus olduğunu etiraf edib. Eyni zamanda, o, münaqişənin həlli istiqamətində səylərini davam etdirməyə sadiq olduğunu vurğulayıb. Tramp həmçinin qeyd edib ki, əgər onun sələfi Co Bayden səhvlər etməsəydi, Ukrayna münaqişəsi qızğın mərhələyə keçməzdi.