Tramp: Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəmbackend

Tramp: Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp özünü Ukraynanın ərazilərini Rusiyaya verməyən “yeganə prezident” adlandırıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.

“Putin Rusiyasına Ukraynanın heç bir torpağını verməyən yeganə Prezident Donald Trampdır. Yadda saxlayın, zəif və qeyri-effektiv demokratlar tənqid edir və saxta xəbərlər onların dediklərini həvəslə dərc edir”, – o bildirib.

Tramp, həmçinin sabah keçirəcəyi “böyük gecə”də “hər şeyi danışacağı”nı bildirib.

Lakin o, bu barədə ətraflı məlumat verməyib.