ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı “gülünc” münaqişəyə son qoymaq üçün konsepsiya hazırladığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə Zelenski ilə görüşündən sonra New York Post qəzetinə müsahibəsində deyib.
Mən bu gülünc müharibəni bitirmək üçün bir konsepsiya hazırlayıram”, – deyə o vurğulayıb.
Dekabrın 8-də Tramp Fransada Vladimir Zelenski və Fransa lideri Emmanuel Makronla görüşündən sonra Ukrayna ilə bağlı atəşkəsə və sülh danışıqlarına başlamağa çağırıb.
Kreml daha sonra xatırladıb ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır və hərbi əməliyyatların dayandırılması üçün şərtlər artıq bu ilin iyununda Rusiya prezidenti Vladimir Putin tərəfindən müəyyən edilib.