ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmən vəzifəsinin icrasına başladıqdan sonra Ukraynanı itirilmiş əraziləri qaytarmaqdan vaz keçməyə inandırmalı və əvəzində ölkəni NATO-ya qəbul edəcəyinə söz verməlidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Vaşinqtonun Moskvadakı keçmiş səfiri Maykl Makfol “Foreign Affairs (FA)” jurnalı üçün məqaləsində yazıb.
Onun fikrincə, gələcək Amerika lideri münaqişənin həlli üçün daha mürəkkəb plan hazırlamalıdır.
“Tramp Ukraynanı NATO-ya daxil olmağı nəzərdə tutan təhlükəsizlik müqabilində öz ərazilərinin bir hissəsini nominal olaraq Rusiyaya verməyə inandırmalıdır”, – diplomat əlavə edib.
O, əmin olduğunu bildirib ki, NATO-ya üzvlük Kiyevə ərazinin böyük bir hissəsindən imtina etmək zərurətini kompensasiya etməyə imkan verəcək. Makfolun qeyd etdiyi kimi, yalnız bu addım Trampa Ukrayna rəhbərliyini hərbi əməliyyatları dayandırmağa inandırmağa kömək edəcək.
Eyni zamanda, keçmiş səfir qeyd edib ki, ABŞ-ın seçilmiş prezidenti Ukrayna və NATO-ya yardım göstərmək fikrinə kifayət qədər şübhə ilə yanaşır. Bununla bağlı diplomat belə qənaətə gəlib ki, o, əvvəlcə Trampın özünü onun təklif etdiyi planın mahiyyətinə inandırmalı olacaq.