Tramp: Ukraynaya “Patriot” sistemləri göndərəcəyikbackend

Tramp: Ukraynaya “Patriot” sistemləri göndərəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri göndərəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Ağ Evin rəhbəri vurğulayıb ki, bu sistemlər Ukraynanın müdafiəsi üçün vacibdir, çünki Rusiya Prezidenti Vladimir Putin “gözəl danışır, amma axşamlar hər yeri bombalayır”.

Tramp Ukraynaya göndəriləcək komplekslərin dəqiq sayını açıqlamayıb. Lakin o əlavə edib ki, Avropa İttifaqı bu sistemlərin dəyərini ABŞ-a ödəyəcək.