Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı konkret məsələlər hələ müzakirə olunmayıb.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz hələ konkret məsələləri müzakirə etmədiyimiz üçün hansı təhlükəsizlik zəmanətlərinin olacağını bilmirik. <…> Onlara əsaslı təhlükəsizlik zəmanətlərini Avropa verəcək, elə də olmalıdır, çünki onlar oradadırlar. Amma biz də onlara dəstək göstərmək baxımından prosesə cəlb olunacağıq”, – deyə o vurğulayıb.