ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda cinayətkarlıq səviyyəsinə görə dünyanın bütün şəhərləri arasında ilk sırada qərarlaşdığını bildirib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, siyasətçi bu bəyanatla “Truth Social” sosial şəbəkəsində çıxış edib.
“Vaşinqton dünyanın ən yüksək cinayətkarlıq səviyyəsinə malik şəhərlərindən biridir. Bu göstərici bir çox üçüncü dünya ölkələrindən daha yüksəkdir”, – deyə Tramp vurğulayıb.
Siyasətçinin fikrincə, Vaşinqton qətllərin sayına görə Mexiko, Boqota, İslamabad və Əddis-Əbəbə kimi şəhərləri üstələyir.
Qeyd edək ki, Tramp daha əvvəl asayişi bərpa etmək üçün Vaşinqtona Milli Qvardiyanı göndərib.