Tramp və Bayden arasında teledebat keçiriləcəkbackend

Tramp və Bayden arasında teledebat keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da ilk dəfə indiki və keçmiş prezident arasında teledebat keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, ölkədə prezidentliyinə potensial namizədlər – keçmiş dövlət başçısı respublikaçı Donald Tramp və indiki prezident demokrat Co Bayden Atlantada seçkiqabağı televiziya debatlarında iştirak edəcəklər.

Teledebatı bir saat yarım ərzində bütün əsas televiziya şirkətlərində yayımlanacaq. Əsas mövzu iqtisadiyyat və miqrasiya olacaq. Bu dəfə studiyada yalnız Tramp, Bayden və iki CNN jurnalisti olacaq. Bayden və Tramp debata yalnız qələm, kağız və bir şüşə su götürə biləcəklər. Onlara tezislər, qeydlər və ya əvvəlcədən yazılan nitq mətnləri götürmək qadağandır. Siyasətçilərin mikrofonları onlardan danışmaq tələb olunana qədər səssiz qalacaq.

Qeyd edək ki, respondetlərin 47 faizi debatda Trampın qalib gələcəyini düşünür. Baydenin qalibiyyətinə isə sorğuda iştirak edənlərin 37 faizi inanır.