ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris debat zamanı ən azı 12 dəfə Rusiya lideri Vladimir Putinin adını çəkiblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp 8 dəfə Putinin, 9 dəfə Rusiyanın, 6 dəfə Ukraynanın adını çəkib.
Harris də öz növbəsində Putinin adını 4 dəfə, Rusiyanın 2 dəfə, Ukraynanın adını isə 5 dəfə çəkib.
Tramp həmçinin Harrislə debatı bütün siyasi karyerasının ən yaxşısı adlandırıb.
Sentyabrın 11-də ABC telekanalında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında debat keçirilib.