Tramp və Putin arasında danışıqlar başlayıb
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, danışıqlar “üçün üçə” formatında keçirilir.
ABŞ tərəfdən görüşdə prezident Donald Tramp, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak edir.
Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutur. İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb.
Danışıqlar medianın iştirakı olmadan davam edir.