“Tramp və Putin Rusiya-Ukrayna savaşının dayandırılması ilə bağlı hansısa sənədi imzalaya bilməz ” – POLİTOLOQbackend

“Tramp və Putin Rusiya-Ukrayna savaşının dayandırılması ilə bağlı hansısa sənədi imzalaya bilməz ” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın özünün ərazi bütövlüyünə yüksək səviyyədə bağlılığı var. Digər bir tərəfdən də indiki dövrdə müharibənin davam etməsi ukraynalı əsgərlərin həlak olmasına səbəb olur.

Zelenski yaxşı başa düşür ki, qərb Ukraynaya verdiyi vədlərin bir çoxunu yerinə yetirmək iqtidarında deyil və Ukraynanı müxtəlif yardımlar adı altında aldatmağa davam edəcəkdir”.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Tural İsmayılovv

“Ukraynanın istər siyasi, istər hərbi mənada özünə gəlməsi üçün heç olmasa ilkin mərhələdə aktiv döyüş əməliyyatlarının ikinci mərhələyə keçirilməsinə və “çərçivə sazişi”ni imzalamağa ehtiyacı vardı.

Nəzərə almaq lazımdır ki, Ukraynanın işğal edilmiş əraziləri var və Ukrayna həm də Kursk-a nəzarət edir. Zelenski Kursk-un Rusiyaya veriləcəyi təqdirdə, Rusiyanın da işğal etdiyi Ukrayna ərazilərindən çıxmasını təklif edir.

İndiki vəziyyətdə hər iki tərəf də aktiv döyüş əməliyyatlarının dayandırılmasını istəyir.

Rusiya Ukrayna

Əvvəldən də məlumdur ki, Ukraynanı nə Avropa İttifaqına (Aİ), nə də NATO-ya üzv etməyəcəkdilər.

Qərb imperialistlərinin hədəfi Ukraynanı təhlükəli oyunlara cəlb etmək və regionda geopolitik qeyri-sabitlik yaratmaq idi.

Ukrayna Rusiya ilə “sülh müqaviləsi” və ya “çərçivə sazişi” imzalandıqdan sonra, Qərblə əlaqələrində müəyyən düzəlişlər edə bilər amma, faktiki olaraq Ukraynanın dağıdılmış şəhərlərinin bərpa edilməsi və müharibə təhdidinə görə ölkəni tərk etmiş Ukraynalıların qayıdışı fonunda qərbin yardımlarına uzun müddət ehtiyyacı olacaq.

Zelenski Ukraynasız sülh danışıqlarını qəbul etməyəcəklərini bəyan edib. Zelenski bu məsələdə haqlıdır. Əgər, Rusiya-Ukrayna müharibəsinin taleyi və digər məsələlər müzakirə edilirsə, Ukrayna tərəfinin iştirak etmədiyi danışıqlar və görüşlər doğurdan da absurd olardı. Bu görüş ilkin razılaşma görüşü olacaq çox ehtimal və görüşdə Tramp və Putin müəyyən məqamları, həmçinin, imzalana biləcək sülh sənədi ilə bağlı razılaşdırılmalı olan məqamlar haqqında danışıqlar aparacaqlar.

Normal sülh prosesindən söhbət gedirsə, burada Ukrayna tərəfinin də iştirakı vacibdir. Ukraynanın imzası olmadan Rusiya və Ukrayna arasında hansısa “sülh müqaviləsi”nin imzalanması ehtimalı kifayət qədər zəifdir.

Səudiyyə Ərəbistanında Tramp və Putin arasındakı görüşdə çərçivə və sülh sazişinin elementləri müzakirə edilə və Ukraynanın burada hansı formada iştirakı məsələsinə aydınlıq gətirilə bilər.

Tramp Putin

Politoloq qeyd edir ki, Ukraynanın özü iştirak etmədən Səudiyyə Ərəbistanında hansısa müavilənin imzalanması inandırıcı deyil, çünki, müharibənin tərəflərindən biri Ukraynadır.

Ukraynanın imzası olmadan Tramp və Putin Rusiya-Ukrayna müharibəsində savaşın dayandırılması ilə bağlı hansısa sənədi imzalaya bilməz və bu baxımdan da Ukrayna rəhbərliyi də etiraz etməkdə tam haqlıdır.

Politoloq hesab edir ki, mütləq şəkildə Ukrayna və Rusiyada Prezidentlər səviyyəsində olmasa da, siyasi rəhbərlər səviyyəsində sülh müqaviləsinin imzalanması ilə bağlı addımlar atılacaq “.

 Aişə Abdulova