Tramp və Zelenski arasında mübahisə yaşanıbbackend

Tramp və Zelenski arasında mübahisə yaşanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski Ağ Evdə mətbuat konfransından öncə mübahisə ediblər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, söhbət Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərindən gedəndə onlar bir-birinin sözünü kəsməyə başlayıblar.

Tramp Zelenskinin milyonlarla insanın həyatı ilə oynadığını bəyan edib.

“Ukrayna indi o qədər də yaxşı vəziyyətdə deyil. Mən bilirəm ki, siz qalib gəlmirsiniz. Əsgərlərinizin sayı tükənir. Ukraynada münaqişəyə son qoymağın vaxtıdır, Rusiya bunu istəyir. Ruslarla danışıqlarımız olub, Prezidentlə danışmışam. Və biz bunu sona çatdırmağa çalışacağıq”, – Tramp qeyd edib.