ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən əməliyyatın nəticələrinə dair mətbuat konfransına çıxış edərək bildirib ki, bu hücum İkinci Dünya müharibəsindən bəri görülən ən miqyaslı zərbələrdən biri olub.
NOCOMMENT.az xəbər verir ki, Tramp əməliyyatın Karakasın mərkəzində yerləşən möhkəm hərbi istehkamı hədəf aldığını və məqsədin qanunsuz diktator kimi təqdim etdiyi Nikolas Maduronu məsuliyyətə cəlb etmək olduğunu vurğulayıb.
O, bu hücumu dəqiq planlaşdırılmış və güc tətbiqi ilə həyata keçirilmiş əməliyyat kimi təqdim edib.













