Tramp vəsait çatışmazlığı ilə üzləşirbackend

Tramp vəsait çatışmazlığı ilə üzləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə namizəd Donald Tramp martda vəkillik xərclərinə 4,9 milyon dollar xərcləyib. Onun 6,8 milyon dolları qalıb və vəkillərin xərclərini ödəmək üçün vəsait çatışmazlığı ilə üzləşə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb. Bildirilib ki, ölkə qanunları kampaniya komitəsinin keçmiş prezidentin hüquqi xərclərini birbaşa maliyyələşdirməsini qadağan edir.

Qeyd edək ki, ABŞ-da Donald Trampa qarşı bir neçə cinayət işi açılıb. Xüsusilə, keçmiş Amerika lideri və prezidentliyə namizəd ABŞ-ın nüvə arsenalı ilə bağlı sənədləri düzgün saxlamamaqda ittiham olunur.