ABŞ Prezidenti Donald Tramp vəd edib ki, gələn həftə Yaxın Şərqdə “möhtəşəm hadisələr” baş verəcək.
NOCOMMENT.az xəbər verir ki, Dövlət başçısı bunu New York Post (NYP) qəzetinə müsahibəsində bildirib.
“Bu, İsrail və bütün Yaxın Şərq üçün əlamətdar bir vaxtdır və yəqin ki, bazar günü axşam oraya səfər edəcəyəm”, – deyə amerikalı lider Tramp nəşrə telefonla müsahibəsində qeyd edib.
NYP yazır ki, söhbət İsraillə Fələstin qruplaşması HƏMAS arasında döyüşlərin dayandırılmasından bir neçə saat sonra baş tutub. Tramp həmçinin bildirib ki, qarşıdakı həftə Yaxın Şərq regionu üçün “böyük hadisələr” ilə yadda qalacaq.