Tramp Zelenski ilə görüşdə Ukraynadakı münaqişəni həll edəcəyinə söz veribbackend

Tramp Zelenski ilə görüşdə Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gəlsə, hələ andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəyə son qoymaq üçün həll yolu tapacaq.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evin keçmiş rəhbəri bu vədi Nyu-Yorkda Vladimir Zelenski ilə görüşü zamanı verib.

Tramp qeyd edib ki, onun həm Zelenski, həm də Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətləri var.

“Düşünürəm ki, qalib gəlsəm, prezident vəzifəsinə başlamazdan əvvəl də hər iki tərəfə uyğun həll yolu tapa biləcəyik”, – TASS onun sözlərindən sitat gətirib.