ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski 25 iyun tarixində Haaqa şəhərində görüşəcəklər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Barron portalı məlumat yayıb.
Görüşün NATO sammiti çərçivəsində baş tutacağı bildirilir və tərəflər hazırda danışıqların detalları üzərində işləyirlər. Gözlənilir ki, Zelenski Trampla Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi və Ukraynanın ABŞ-dan silah alması məsələlərini müzakirə edəcək.
Jurnalistlərin məlumatına görə, görüş “günün erkən günorta saatlarında” keçiriləcək.
Qeyd edək ki, NATO sammiti 24–25 iyun tarixlərində Haaqada keçirilir. Sammitin əsas mövzuları çəkindirmə və müdafiə məsələləri olacaq. Görüşün məqsədi alyansa üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmasına nail olmaqdır. Bu vəsaitin 3,5%-i birbaşa hərbi xərclərə, 1,5%-i isə yardımçı maliyyələşdirməyə yönəldiləcək.