ABŞ-ın yeni seçilmiş lideri Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin atəşkəs istədiyini və Rusiya ilə sülh sazişi bağlamağa hazır olduğunu bildirib. O, Zelenskinin istəyini “yeni bir şey” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “New York Post” qəzetinə müsahibəsində deyib.
ABŞ liderinin özü hesab edir ki, Rusiya-Ukrayna danışıqlarının vaxtı çatıb. “O, atəşkəs istəyir… Sülh etmək istəyir. Biz təfərrüatları müzakirə etmədik”, o, həftə sonu Zelenski və Fransa prezidenti Emmanuel Makronla görüşü barədə deyib.