ABŞ prezidenti Donald Tramp deyib ki, Vladimir Zelenski Ukraynada nizamlanma üzrə danışıqlarda çeviklik nümayiş etdirməlidir.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Ümid edirəm ki, Zelenski, prezident Zelenski ondan tələb olunanı edəcək. O, çeviklik nümayiş etdirməlidir”, – Tramp Fox News telekanalına müsahibəsində sualı cavablandırıb.
Rusiya lideri Vladimir Putin və Zelenski arasında ikitərəfli görüşün perspektivləri və onun bu görüşdə iştirakının mümkünlüyü ilə bağlı suala cavab olaraq Tramp deyib ki, o, ilk növbədə “onların görüşməsinə icazə vermək” istəyir.
Eyni zamanda, Amerika lideri Rusiya tərəfinin “yaxşı mövqe tutacağına” ümid etdiyini bildirib, əks halda vəziyyətin çətinləşəcəyini qeyd edib.