ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskini tənqid etməsinə baxmayaraq, onunla gələcək təmaslara açıq olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, Amerika lideri bunu Fox News radiosuna müsahibəsində bildirib.
“Bəli, əlbəttə ki, onun zənginə cavab verəcəm”, – Ağ Ev rəhbəri Zelenski ilə telefon danışığının mümkünlüyündən danışarkən bildirib.
Tramp həmçinin qeyd edib ki, o, “oyun oynamır”.