Tramp Zelenskiyə münasibətini yenidən dəyişdibackend

Tramp Zelenskiyə münasibətini yenidən dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışında Ukrayna lideri Vladimir Zelenski ilə yaxınlaşmağa eyham vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Çıxışı zamanı ABŞ lideri Zelenskidən “vacib məktub” aldığını, orada Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etdiyini və “davamlı sülhə nail olmaq üçün prezident Trampın güclü rəhbərliyi altında çalışacağını” vəd etdiyini bildirib. Amerika lideri, öz növbəsində, ukraynalı həmkarına münasibətini yumşaldaraq, bu mesajı çox yüksək qiymətləndirdiyini qeyd etdi.

Məqalədə deyilir: “ Ritorika keçən həftə Zelenski ilə Tramp və onun vitse-prezidenti J.D.Vens arasında baş vermiş qızğın Oval Ofis toqquşmasından əhəmiyyətli dərəcədə ayrılır, bunun ardınca bazar ertəsi ABŞ-ın Ukraynaya bütün hərbi yardımı dayandırılır ”.

Bundan əvvəl Tramp Zelenskinin nadir torpaq metalları ilə bağlı sövdələşməyə də razı olduğunu bildirib. Kiyev qeyd edib ki, saziş “ABŞ üçün əlverişli olan istənilən vaxt” imzalana bilər.