Trampa ABBA musiqisindən istifadə qadağan edilibbackend

Trampa ABBA musiqisindən istifadə qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin ABBA pop qrupu ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Trampı seçki kampaniyasında musiqi qrupunun əqli mülkiyyətindən istifadə etməməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Svenska Dagbladet” qəzeti yazır.

Universal Music-in bəyanatında deyilir: “ABBA üzvləri ilə birlikdə biz Tramp tədbirlərində səsləndirilən ABBA musiqisinin videolarının yayımlandığını öyrəndik və bunun dərhal dayandırılmasını və silinməsini tələb etdik”.

Həmçinin qeyd edilir ki, siyasətçidən kompozisiyaların istifadəsi üçün heç bir rəsmi müraciət olmayıb, buna görə də Tramp “heç bir icazə və ya lisenziya” almayıb.

Bundan əvvəl amerikalı reper 50 Cent (əsl adı Kertis Ceyms Cekson III) 2003-cü ildə çıxan Get Rich or Die Tryin albomunun üz qabığında Donald Trampın üzünü yerləşdirmişdi .