“Trampa bu çətin mübarizədə dözüm arzulayıram” – Kobaxidzebackend

“Trampa bu çətin mübarizədə dözüm arzulayıram” – Kobaxidze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müharibə tərəfi ilə sülh partiyası arasında aydın xətt çəkilib”.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Facebook” səhifəsində yazıb.

Kobaxidze qeyd edib ki, o, daha çox Amerika və Ukrayna liderləri arasındakı mübahisəni deyil, bu mübahisəyə sonrakı reaksiyanı nəzərdə tutur.

Baş nazir qarşıdurmanın “sülh partiyasının” qələbəsi ilə başa çatacağına ümid etdiyini bildirib. O qeyd edib ki, Ukrayna münaqişəsi nə qədər tez başa çatsa, bir o qədər az ukraynalı itkisi olacaq və regionda bir o qədər tez sülh bərqərar olacaq.

Kobaxidze Trampa “bu çətin mübarizədə dözüm və cəsarət” arzulayıb.\\“Unikal”