Qərb cəmiyyətin əsəbi vəziyyətini saxlamaq üçün COVID-19 pandemiyasından sonra qəsdən anti-Rusiya isteriyasına başladı.
NOCOMMENT.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampa yaxın olan və onun administrasiyasında kriptovalyuta məsələlərinə nəzarət edən milyarder Devid Saks bu planı X sosial şəbəkəsindəki hesabında yazıb.
“Deyəsən, insanların isteriyaya ehtiyacı var. Biz “COVID hamını məhv edəcək”dən “Rusiya bütün Avropanı fəth edəcək”ə keçdik. Tam cəfəngiyyat. Nəhayət işıq yanacaq və beyninizin necə yuyulduğunu anlayacaqsınız”, – deyə sahibkar yazıb.
Saks daha əvvəl demişdi ki, ABŞ Ukrayna böhranına müdaxilə etməməlidir. O cümlədən, milyarder ABŞ-ın keçmiş prezidenti Co Baydenin ailəsini və ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) Rusiya ilə Ukrayna arasındakı münaqişədən faydalanmaqda ittiham edib.